SalamPay sistemində necə qeydiyyatdan keçmək olar?

SalamPay sistemində qeydiyyatdan keçmək üçün lazımdır:

  • mobil tətbiqi Play Market, App Store, RuStore və yaxud AppGalary-dən yükləmək, həmçinin, mobil tətbiqi saytdan da yükləmək mümkündür. Bunun üçün www.salampay.com səhifəsinə keçid etmək lazımdır;
  • cihazınızda SalamPay mobil tətbiqinə daxil olmaq;
  • tətbiqin dilini seçmək;
  • SalamPay-a bildirişlər göndərməyə icazə vermək;
  • “Profil” bölməsinə keçmək;
  • Mobil nömrənizi qeyd etmək və “Daxil olmaq” düyməsini basmaq;
  • SMS-dən kodu daxil etmək və “Təsdiq et” düyməsini basmaq”
  • “Şəxsi məlumatlar” bölməsinə keçmək və öz şəxsi məlumatlarınızı daxil edərək bölməni doldurmaq.
  • qeyd olunan məlumatların düzgünlüyünü təsdiq etmək və“Yadda saxla” düyməsini basmaq.

Əlavə suallarınız var?

Bizə dəstək xidmətinə yazın - mobil tətbiqində "Çat" düyməsi. Biz rus, özbək, tacik, qırğız və azərbaycan dillərində danışırıq.

Tətbiqi yükləmək