Siz Rusiyada yaşayırsınız və işləyirsiniz? Bizim tövsiyələrimizi oxuyun və Rusiyada yaşayışınızı necə təhlükəsiz və rahat etməyi öyrənin.
1. 🤝 ÜNSIYYƏT QURUN
Yerli sakinlər və miqrantlarla tanışlıq yaradın, yeni dostlar tapın, lakin, müxtəlif çatlar və Telegram-kanallarda yazışma zamanı ehtiyyatlı olun – onlarda da dələduzlar mövcuddur. Real insanlarla ünsiyyət etdiyinizə əmin olun, onlarla bağlı məlumatı internetdə yoxlamağa çalışın. Şübhəli kompaniyalarla əlaqə qurmayın, qəribə tapşırıqları yerinə yetirməyin (nəyisə harasa aparmaq) – beləcə sizi qeyri-qanuni fəaliyyətə cəlb edə bilərlər.
2. 🧑🏫 DİL ÖYRƏNİN, İNKİŞAF EDİN, TƏHSİL ALIN
Rus dilini öyrənməyə çalışın, tələffüzünüzü təkmilləşdirin. İctimai yerlərdə hündürdən danışmayın, özünüzü mədəni aparın, çünki rus xalqı qonaqlara ehtiyyatla yanaşır və tanıç olmayan dildə danışıqları çox da xoşlamırlar. Fikir verin, küçədə, ictimai nəqliyyatda necə özünü aparma tərzi qəbul edilir. Не обращайтесь к русскому человеку Ruslara «qardaş» müraciəti etməyin- bu qəbul edilmir. Nəsə soruşmaq lazım olarsa, «Bağışlayın, deyə bilməzdiniz…» deməyiniz önəmlidir.
3. ⚠️ QANUNLARA RİAYƏT EDİN
İctimai yerlərdə səliqəsiz görünüşdə olmayın. Nəzakətli olun, gülümsəyin. Mübahisələrə qoşulmamağa çalıçın, təxribatlardan uzaq olun – ən yaxşısı: üzr istəyin və gedin. Unutmayın ki, Sizi evdə ailəniz gözləyir,və sizin məqsədiniz - onların yanına sağlam qayıtmaqdır!
4. 🏖 SAĞLAMLIĞINIZA FİKİR VERİN, MƏDƏNİ İSTİRAHƏT EDİN
İdmanla məşğul olun, səliqəli geyinin. Ucuz və keyfiyyətli əşyaları ticarət mərkəzləri və internetdən əldə etmək mümkündür . Qiymətləri müqayisə edin: bəzən ucuz əşyalar bahalardan heç də pis deyil.
5. 💸 BÜDCƏ YARADIN – BÜTÜN XƏRCLƏRİNİZİ QEYD EDİN
Qənaət etməyə çalışın. Bunun üçün, siz alışları internetdən edə bilərsiniz. Doğma və yaxınlarınıza köçürmələri SalamPay vasitəsilə edin – komissiyasız və sərfəli məzənnə ilə! Rusiyada həyatınızı və fəaliyyətinizi rahat və uğurlu edə biləcək daha çox faydalı məsləhətlər almaq üçün, bizim bloqumuzu izləyin!